Şrift:
Əli Laricani yenidən koronavirusa yoluxub
30.07.2020 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın “İsna” agentliyinin iyulun 29-da yaydığı xəbərə əsasən, Əli Laricani yenidən “Covid-19” infeksiyasına yoluxduğu üçün hazırda Tehran xəstəxanalarından birinə yerləşdirilib.


Yayılan məlumatda bildirilir ki, Əli Laricaninin səhhəti hazırda qənaətbəşdir və o həkimlərin nəzarəti altında müalicəsini davam etdirir.


Xatırladaq ki, Əli Laricani ilk dəfə bu ilin aprel ayında pandemiya yoluxucu xəstəliyinə tutulmuş, bir müddət karantin şəraitində həkimlərin ciddi nəzarətində müalicə aldıqdan sonra xəstəlikdən tam sağalmışdı.


Laricaninin ikinci dəfə koronavirus infeksiyasına konkret necə və nə vaxt yoluxması haqda hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed