Şrift:
Bakı polisi: İmtahan keçirilən ünvanlarda bütün zəruri tədbirlər görülür
30.07.2020 [10:42] - Xəbərlər, Bildiriş
Paytaxtda növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraitinə və xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil edilir.

Bakı Şəhər Baş Polis Idarəsinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə olunmasına nəzarət edirlər. İmtahan keçirilən ünvanlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparırlar. Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed