Şrift:
Ermənistan ordusunun iki əsgəri yaralanıb
30.07.2020 [16:17] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
İşğalçı Ermənistanın silahlı qüvvələrinin bölmələrindən birində baş verən hadisə zamanı daha iki erməni əsgəri yaralanıb.

Erməni KİV-ləri xəbər verir ki, 2019-cu ilin birinci yarısında hərbi xidmətə çağırılan mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu Bedros Qarabedyan guya təhlükəsizlik qaydalarının pozulması nəticəsində əl nahiyəsindən ağır xəsarət alıb. Onun yaxınlığında olan 5-ci alayın digər əsgəri D.Seto isə üz nahiyəsindən yaralanıb.

Komandanlıq yaralanan hərbi qulluqçuların guya təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət aldıqlarını desə də, hər iki hərbi qulluqçunun Tovuz istiqamətində gedən döyüşlərdə yaralandığı iddia olunur. Nəzərə alsaq ki, Ermənistan Müdafiə Nazirliyi Tovuz istiqamətində həlak olan iki zabitin də mühəndis-istehkam taborunda xidmət etdiyini bildirmişdi, onda iddiaların əsassız olmadığı ortaya çıxır.
Bu xəbər oxucular tərəfindən 6712 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed