30.07.2020 [16:18] - Gündəm, İqtisadiyyat
Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirilib.
“Azərişıq” ASC-dən bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq ilk güdən etibarən ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin Qurban bayramı günlərində də istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin abonentlərimiz bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün “www.azerishiq.az” saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.
“Azərişıq” ASC yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılardan dərhal 199 Çağrı mərkəzinə və rəsmi “Facebook”, “Instagram” səhifələrinə müraciət etmələrini xahiş edir. 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir. İstehlakçı məmnuniyyətinin əsas hədəf olduğunu bildirən ASC bir daha xalqımızı və bütün müsəlman aləmini Qurban bayram münasibətilə təbrik edir.

Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |