Şrift:
Tokioda koronavirusa yoluxma üzrə sutkalıq rekord yenilənib
31.07.2020 [10:35] - Gündəm, Sosial
Yaponiyanın paytaxtında son sutka ərzində koronavirusa yoluxanların sayı 400 nəfəri ötüb. Bu, Tokioda koronavirusun yayılmağa başlamasından sonra qeyd alınan ən yüksək göstəricidir.

Bu barədə iyulun 31-də NHK telekanalı məlumat yayıb. Son günlər həm paytaxtda, həm də digər regionlarda yoluxma hallarının sayının artmasına baxmayaraq, hökumət fövqəladə vəziyyət rejiminin yenidən tətbiq edilməsinə ehtiyac olmadığını bildirir.

“Əgər vəziyyəti ümumilikdə qiymətləndirsək, düşünmürük ki, fövqəladə vəziyyətin tətbiqinə və ölkədə sosial-iqtisadi fəallığı kəskin məhdudlaşdırmağa ehtiyac var”, -deyə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransı zamanı bildirib. O, həmçinin qeyd edib ki, Yaponiya hökuməti hazırda baş verənləri koronovirus pandemiyasının ikinci dalğası kimi qəbul etmir, lakin həm hökumət, həm də ekspertlər komissiyası vəziyyəti ciddi nəzarətdə saxlayır.

Paytaxt üzrə işçi qrupun iclasında çıxış edən qubernator Koike Yuriko isə restoranların və gecə barlarının daha tez bağlanması üçün müraciət edəcəyini bildirib.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 35 min 500 nəfəri ötüb. Bu xəstəlik nəticəsində 1020 nəfər həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed