Şrift:
Ərdəbildə 68 yeni koronavirusa yoluxma faktı aşkarlanıb
31.07.2020 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, hazırda əyalətdə 411 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.





Qərbi Azərbaycan əyalətində isə 485 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 231 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 737 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 143 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 39 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 37 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 215 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 9 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 325 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 265 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 499 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Həmədan əyalətində isə dünən verilən məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 951 nəfərə çatıb.

Həmədan Tibb Universitetinin mətbuat xidməti mərkəzinin verdiyi məlumata görə, Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayı 354 nəfər olub.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed