Şrift:
Kürdüstan əyalətində koronavirusdan vəfat edənlərin sayı 404 nəfərə yüksəlib
31.07.2020 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan Kürdüstan Tibb Universitetinin rektoru Fərzin Rzayi deyib ki, Kürdüstanda son bir gün ərzində daha 23 nəfər koronavirusa yoluxub: “Hazırda virusa yoluxan 165 nəfər Kürdüstanın müxtəlif şəhərlərinin xəstəxanalarına yerləşdirilib və həmin xəstələr həkimlərin nəzarəti altında müalicəsini davam etdirirlər.


Əyalətin xəstəxanalarına yerləşdirilən bu xəstələrdən isə vəziyyəti ağır olan 55 nəfər reanimasiya şöbələrində saxlanılırlar.


Koronavirus qurbanlarının əyalətin şəhərlərinə görə sayına gəldikdə isə, təəssüflər olsun ki, iyulun 30-u günorta saatlarına qədər 78 nəfər Saqqızda, 135 nəfər Sənəndəcdə, 33 nəfər Qorvədə, 33 nəfər Banədə, 23 nəfər Mərivanda, 25 nəfər Bicarda, 38 nəfər Kamyaranda, 29 nəfər Divandərədə, 10 nəfər isə Dehqolanda pandemiya yoluxucu xəstəliyindən vəfat ediblər” –deyə, Kürdüstan Tibb Universitetinin rektoru Fərzin Rzayi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed