Şrift:
İrəc Hərirçi: "İranda hər 4 korona xəstəsindən biri vəfat edir"
31.07.2020 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onun sözlərinə görə, Tehran infeksiyanın digər bölgələrə yayılmasına səbəb olan başlıca şəhərdir. Paytaxta gün ərzində təxminən 1 milyona yaxın adamın girib-çıxması səbəbindən Covid-19 infeksiyası asanlıqla digər bölgələrə də sirayət edir.


Hərirçi həmçinin qeyd edib ki, ölkədə virusa yenidən yoluxma hallarının qeydə alınması, habelə cavanlar və yeniyetmələr arasında xəstələrin sayı narahat edici səviyyədədir.


Rəsminin dediklərinə görə, hazırda xəstəxanada yerləşdirilən 20- 29 yaşlı vətəndaşların sayı 4 ay əvvəl ilə müqayisədə 2 dəfə artıb.


Nazir müavini sonda qeyd edib ki, ölkədə 84 milyon vətəndaşa xəstəxanalarda 120 min yer mövcuddur və hazırda həmin çarpayıların hamısı dolub.
Bu xəbər oxucular tərəfindən 133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed