Şrift:
Qərbi Azərbaycanda ağır yol qəzası baş verib
31.07.2020 [14:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Qərbi Azərbaycan əyalətinin yol polisi rəisi polkovnik Kamal Hüseynzadə mediaya açıqlamasında məlumat verib. Hadisə Qoşaçay – Bəykəndi (Bukan) yolunda baş verib.





Məlumata görə, “Mollalar” kəndinin yaxınlığında baş verən hadisədə yük maşını “Samand” markalı minik avtomobilinin üstünə aşıb. Qəza zamanı minik maşınının 4 sərnişini hadisə yerindəcə dünyasını dəyişib.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed