Şrift:
İranda ağır zəncirvari qəza baş verib: Ölənlər var
31.07.2020 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün səhər saatlarında, 1 "TİR", 1 avtobus və 3 minik avtomobilinin iştirakı ilə qeydə alınmış qəza nəticəsində 2 nəfər ölüb, 31 nəfər yaralanıb.


Toqquşmanın gücündən Tehrandan Miyanaya doğru 40 sərnişinlə hərəkət edən avtobus aşıb.


Yaralananlardan vəziyyəti nisbətən yüngül olan 14 nəfərə ambulator yardım göstərilsə də, ağır xəsarətlər almış digər 17 nəfər xəstəxanalara yerləşdirilib.


Ölənlərdən biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən vəfat edib.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed