Şrift:
Bu günədək Azərbaycanda koronavirusla əlaqədar 725 minə yaxın test aparılıb
31.07.2020 [21:20] - Xəbərlər, Siyasət
İyulun 31-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 724 min 953-ə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 5548-ə bərabərdir. Xəstələrdən 266 nəfəri reanimasiyadadır ki, onlardan da 68-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 31-də Azərbaycanda koronavirus infeksiyasına daha 318 yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.
Bu xəbər oxucular tərəfindən 186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed