Şrift:
Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 37 min nəfəri ötüb
01.08.2020 [10:28] - Gündəm, Sosial
Yaponiyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 1579 nəfər təşkil edib ki, bu da ölkə üzrə infeksiyanın rekord miqdarda yayılması deməkdir.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və yerli administrasiyalar məlumat yayıblar.

Bildirilir ki, bundan əvvəlki rekord göstərici cəmi bir gün əvvəl qeydə alınıb – 1301 nəfər. Beləliklə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı ümumilikdə 37 min 100 nəfərə çatıb.

Cəmi 463 yoluxma halının qeydə alındığı paytaxt Tokio əvvəl ki, kimi yoluxma sayına görə ilk yerdə qərarlaşıb. Bununla yanaşı, Osaka (216), Aiçi (193) və Fukuoka (170) prefekturalarında da artım qeydə alınıb.

Virusa yoluxma səbəbindən həyatını itirənlərin ümumi sayı 1024 nəfərə çatıb. Ümumilikdə ölkə üzrə 25 min 500 nəfərin sağaldığı, 87 nəfərin isə vəziyyətinin çox ağır olduğu bildirilir.

Yaponiya üzrə virusa yoluxma sayının artmaqda davam etməsinə baxmayaraq, hökumət ölkə üzrə fövqəladə vəziyyət rejiminin elan edilməsinə ehtiyac olmadığını bildirib. Buna baxmayaraq, Okinava prefekturası müstəqil olaraq, avqustun 1-dən 15-dək bu regionda fövqəladə vəziyyət elan edib.
Bu xəbər oxucular tərəfindən 126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed