Şrift:
İranda növbəti dəfə yanğın baş verib
01.08.2020 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu dəfə paytaxt Tehranın cənubunda, "İslam Fədailəri" küçəsində yerləşən xalça, şinlər, xalı və kondisoner məhsulları kimi müxtəlif təyinatlı əmtəələrin saxlandığı anbar yanıb.


Bildirilir ki, ümumi olaraq 3 min kvadrat metr ərazisi olan anbarda yanğın bu gün səhər saat 11 radələrində başlayıb.


Tehranın Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata əsasən, anbarın sonlarında mansar tipli dam örtüyü olan və alışmağa meyilli çardaq tipli hissə olub. Hansı ki, yanğın nəticəsində bura demək olar ki, tamamilə kül olub.


Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat olmasa da, anbarda saxlanılan məhsullardan böyük hissəsinin külə döndüyü deyilir.
Bu xəbər oxucular tərəfindən 140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed