Şrift:
Yaxın gələcəkdə Güney Azərbaycanda neft yataqlarının axtarışına başlanılacaq
01.08.2020 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davudi İranın neft nazirliyi ilə Səhənd Texniki Universiteti arasında bu sahədə razılaşma imzalandığını bildirib.

Səhənd Texniki Universiteti Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində yerləşən tədqiqat mərkəzi və ali təhsil ocağıdır.





“Neft kəşfiyyatı prosesi çox ümidvericidir və belə görünür ki, tezliklə quyuların qazılması və neft çıxarmaq mərhələsinə çatacağıq,” deyə Davudi qeyd edib.

O həmçinin neft axtarışı əməliyyatının Sarab vilayətində aparıldığını bildirib.





Xatırladaq ki, Güney Azərbaycanda neft yataqlarının axtarışı məsələsi uzun illərdən bəri gündəmdədir.

8 il öncə Muğan bölgəsində neft yataqları axtarışları ilə bağlı beynəlxalq səviyyədə tender keçirilməli idi və bu istiqamətdə müəyyən işlər də görüldü, lakin bölgədə bu günə kimi ciddi bir əməli iş görülməyib.
Bu xəbər oxucular tərəfindən 140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed