Şrift:
Tehranda son 2 həftədə koronavirusa yoluxanların əksəriyyəti gənclərdir
01.08.2020 [14:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan Tehranın Koronavirusla Mübarizə üzrə Qərargahının rəisi Əlirza Zali bildirib ki, əvvəllər virusa yoluxanlar arasında ilk yerdə 50-59, 2-ci yerdə isə 30-39 yaşlı şəxslər üstünlük təşkil edirdi.


Onun sözlərinə görə, son iki həftə ərzində xəstəxanaya yerləşdirilmiş xəstələr içərisində 20-29 yaşlı cavanlar bütün yaş qruplarını üstələyib.


Zali qeyd edib ki, 26 iyul tarixinə qədər Tehran xəstəxanalarına yerləşdirilən xəstələrdən 61%-i sağalıb, 7.7%-i isə vəfat edib.


Ölənlərdə 21%-i 90 yaşdan yuxarı, 18%-i isə 80-89 yaş arası şəxslərdir. Ən çox ölüm halları 70-79 və 60-69 yaş qrupları arasında qeydə alınıb. Aşağı yaş qruplarında isə ölüm hallarına daha az təsadüf edilir", - deyə Əlirza Zali əlavə edib.


Rəsmi sonda qeyd edib ki, paytaxt ərazisində ən çox şərq və cənub hissələrdə yoluxma halları qeydə alınır. Yoluxmanı artıran səbəblərdən biri də çörək sexləri və super marketlərdə sosial məsafə qaydalarına riayət edilməməsidir.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed