Şrift:
İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar
01.08.2020 [14:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın məzar daşı üzərində türk dilində yazılmış “Sahibsiz olan məmləkətin batması haqdır, biz sahib olursaq bu vətən batmayacaqdır” cümləsini sildikdən sonra ötən gün sınmış şəkildə yenidən gətirib məzar üzərinə qoyublar.


Bildirilir ki, İranın mülki geyimli təhlükəsizlik qüvvələri məzarın üstünə qoyulan və üzərində türk dilində “Əsrlər dolaşıq gəlib getsə də, tarix unutmayır mərd oğulları” yazılmış güldanı da sındırıb atıblar.
Qeyd edilir ki, İranın təhlükəsizlik qurumları son aylar mərhum azərbaycanlı fəalın ailəsinə təzyiq göstərərək bu məzar daşının götürülməsini, yerinə başqa bir məzar daşı qoyulmasını tələb etmişdilər.


Xatırladaq ki, Əziz Purvəli 2019-cu il mayın 23-də Təbrizdə xəstəlikdən vəfat edib və Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb. O, həyatda olduğu zaman Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı milli-mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed