Şrift:
İranda koronavirusdan ölənlərin sayı 17 min nəfərə yaxınlaşdı
01.08.2020 [14:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib ki, son 24 saat ərzində 2548 nəfər Covid-19 xəstəsi aşkarlanıb. Bununla da, ölkədə indiyədək koronavirusa yoluxanların sayı 306 752 nəfərə çatıb.


Onun sözlərinə görə, bu günə qədər xəstələrdən 265 830 nəfəri tam sağalaraq evə buraxılıb. Hazırda isə vəziyyəti ağır olan 4011 xəstə xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


Sima Sadat Lari sonda qeyd edib ki, indiyədək ölkədə 2 milyon 482 min 553-dən çox koronavirus testi həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed