Şrift:
Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb
02.08.2020 [13:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan əyalətində Covid-19” infeksiyasına yoluxma hallarının əsas səbəbinə toxunan Rəşid Heydəri Müqəddəm deyib ki, virusa yoluxma hallarının 44%-i ailəvi təmaslar, 33 %-i isə insanların toy mərasimlərinə və ya digər toplantı və yığıncaqlara qatılması nəticəsində baş verib: “Həmədan əyalətində son bir sutka ərzində daha 2 ölüm halı ilə koronavirusdan vəfat edənlərin ümumi sayı 369 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 3050 nəfərə yüksəlib.


Hazırda Həmədan əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında 520 nəfər öz müalicəsini davam etdirir. Bundan başqa, hazırda pandemiya yoluxucu xəstəliyinin yayılması səbəbilə əyalətin Həmədan, Məlayer, Kəbudərahəng, Bahar və Toyserkan şəhərləri qırmızı və fövqəladə hal vəziyyətindədir.


Hesab edirim ki, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün insanlar bu xəsgtəliyi ciddiyə almalı, başqalarından məsafə saxlamalı, maska taxmalı və gigiyena qaydalarına riayət etməlidir” –deyə, Həmədan əyalətinin Tibb Universitetinin rektoriu Rəşid Heydəri Müqəddəm əlavə edib.
Bu xəbər oxucular tərəfindən 204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed