Şrift:
İranda daha 208 nəfər koronavirusdan ölüb, 2685 nəfər pandemiya xəstəliyinə yoluxub
02.08.2020 [15:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 2-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 17 190 nəfərə, xəstəliyə yoluxanların sayı isə 309 437 nəfərə çatıb.


Sima Sadat Lari deyib ki, indiyədək 268 102 nəfər pandemiya xəsəliyindən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4089 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 17 190 nəfərə, yoluxanların sayının isə 309 437 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 82 000 nəfəri keçdiyini, 5 milyon 700 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed