Şrift:
Özbəkistanda koronavirusa yoluxanların sayı 25 mini ötüb
02.08.2020 [20:48] - Gündəm, Türk dünyası-Turan
Özbəkistanda COVID-19-a yoluxanların sayı 736 nəfər artaraq 25 min 40 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutkada ölkədə bu virusdan 5 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 147 nəfərə çatıb.

Qeyd edilir ki, xəstəxanalarda 9 min 592 xəstə müalicə alır. Onlardan 592-sinin vəziyyətinin ağır, 185-nin vəziyyətinin isə çox ağır olduğu bildirilir.

Özbəkistan mətbuatının yaydığı məlumata görə, ötən gecə Türkiyə Özbəkistana humanitar yardım göndərib.
Bu xəbər oxucular tərəfindən 1598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed