Şrift:
Pandemiyaya qarşı mübarizdə dövlətə dəstək olmaq və məsuliyyətli davranmaq hər birimizin vətəndaşlıq borcudur
03.08.2020 [11:39] - Xəbərlər, Sosial
Azərbaycan dünyanı sarsıdan COVID-19-a qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən nümunəvi ölkələrdəndir. Pandemiyanın qarşısının alınması, vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə atdığı addımlar, bu istiqamətdə həyata keçirilən tədbirlər nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Bu sözləri müsahibəsində Füzuli rayon musiqi təmayüllü internat tipli gimnaziyanın direktoru Nazimə Şamıyeva deyib.

N.Şamiyeva bildirib ki, COVID-19 pandemiyası ilə mübarizədə dövlətimiz lazım olan bütün tədbirləri yerinə yetirir: "Virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması, əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, təxirəsalınmaz tədbirlər həyata keçirilir. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl xəstəxanalar ayrılıb, “Yeni klinika" və modul tipli xəstəxanalar istifadəyə verilib. Ölkəmizdə tibbi maska ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları, qoruyucu kombinezonlar istehsal edilir. Bütün bu kimi tədbirlər vətəndaşların sağlamlığının, həyatının qorunmasına yönəlib".

O, koronavirusla mübarizənin daha səmərəli aparılmasında dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, hər bir vətəndaşın məsuliyyətli olmasının önəmini də xüsusi vurğulayıb. "Hər bir vətəndaş özünü, yaxınlarını və cəmiyyətin digər üzvlərini qorumaq üçün üzərinə düşən məsuliyyəti dərk etməlidir. Pandemiyadan qorunmaq, onun kütləvi yayılmasının qarşısının alınması üçün vətəndaşların məsuliyyətli olması, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməsi olduqca vacibdir. Hər bir kəs ilk növbədə şəxsi gigiyenaya fikir verməli, sosial məsafəni gözləməli, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməlidir. Pandemiyaya qarşı mübarizdə dövlətə dəstək olmaq və məsuliyyətli davranmaq hər birimizin vətəndaşlıq borcudur" - deyə, N.Şamıyeva bildirib.
Bu xəbər oxucular tərəfindən 214 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed