Şrift:
Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib
03.08.2020 [11:41] - Gündəm, İdman
“Open Azerbaijan” Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib.

Bu barədə Azərbaycan Milli Karate Federasiyasından bildirilib.

Qeyd olunub ki, Elnurə Əzimzadə (“Arpaçay” klubu, 8-9 yaş uşaqlar), Şəlalə Rüstəmova (“Qara-Qaplan” klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov (“Avey” klubu, 16-17 yaş gənclər) turnirin qalibi olublar.

Murad Cəfərli (“İnam” klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev (“Qara Qaplan” klubu) və Elməddin Səlimli (“Arpaçay” klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev (“Arpaçay” klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov (“Avey” klubu) və Əli Məmmədli (“Arpaçay” klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova (“Arpaçay” klubu) isə bürünc mükafata layiq olublar.

İlk Beynəlxalq “Open Azerbaijan” virtual turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib.
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed