Şrift:
Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir
03.08.2020 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fərhad Sərxoş mətbuata verdiyi açıqlamada temperaturun qalxması və suyun buxarlanması nəticəsində göldəki su səviyyəsinin keçən il ilə müqayisədə azaldığını deyib.

Gölün hazırkı su səviyyəsi uzunmüddətli orta səviyyə (ötən 40 il) ilə müqayisədə 3 metr azalma göstərir.





Sərxoşun sözlərinə görə, Urmiya gölündə suyun həcmi 4 milyard kubmetrə çatıb. Bu rəqəm, ötən ilin analoji dövrü ilə müqayisədə 24 milyon kubmetr, uzunmüddətli həcmlə müqayisədə isə 12 milyard kubmetr azalıb.





O, gölün ərazisinin isə hazırda 2 min 965 kvadrat kilometr olduğunu bildirib. Sərxoşun dediyinə görə, bu rəqəm keçən il ilə müqayisədə 51 kvadrat kilometrdir azdır.

Uzunmüddətli sahə ilə müqayisədə isə gölün ərazisi 1546 kvadrat kilometrdir kiçilib.





Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi, eləcə də gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed