Şrift:
MDHP və MDHP Qərbi Azərbaycan Departamentinin BAŞSAĞLIĞI
03.11.2012 [12:11] - Bildiriş, Qərbi Azərbaycan-İrəvan
Budaq Budaqov 1928-ci il 28 fevralda Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. Burada orta məktəbi bitirib. İrəvanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirib (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub (1947). Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) "Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" adlı namizədlik (1955) və "Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası" adlı doktorluq (1967) dissertasiyalarını müdafiə edib. O, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru olub.

Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbərliyi, "davam.az"-ın kollektivi və MDHP Qərbi Azərbaycan Departamenti rəhmətlik BUDAQ müəllimin qohum və yaxınlarına ALLAHDAN SƏBİR diləyir, millətimizə BAŞIMIZ SAĞ OLSUN deyir.
ALLAH RƏHMƏT ELƏSİN!
Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed