Şrift:
İranın Mərkəzi əyalətində koronavirusdan ölənlərin sayı 284 nəfərə yüksəlib
03.08.2020 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Ərak Tibb Universitetinin rektoru Məhəmməd Camaliyan avqustun 2-də mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, son bir gün ərzində Mərkəzi əyalətdə 106 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb: “Bununla da Mərkəzi əyalətdə indiyədək koronavirusa yoluxanların ümumi sayı 6710 nəfərə yüksəlib.


Ötən gün xəstəliyə yoluxduğu qeydə alınan 106 nəfərdən 32-si əyalətin müxtəlif şəhərlərinin xəstəxanalarına yerləşdirilib, 74 nəfərinə isə ambulator yardım göstərilib. Həmin xəstələr ev şəraitində karantinə alınaraq müalicəsini davam etdirəcəklər” –deyə, Ərak Tibb Universitetinin rektoru Məhəmməd Camaliyan əlavə edib.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed