Şrift:
Pompeo: "İranla Çinin razılaşması Yaxın Şərqdə stabilliyin pozulması deməkdir"
03.08.2020 [12:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu sözləri "Fox" xəbər kanalı ilə müsahibəsi zamanı səsləndirən Pompeo İran və Çinin iqtisadiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığını nəzərdə tutan həmin 400 milyard dollarlıq razılaşmanın kəşfiyyat və hərbi sahələri də əhatə etdiyini bildirib.


Öz ölkələrində azadlığı ayaqlar altına alan və sərhədlərindən kənarda təhlükəsizlik problemləri yaradanların bir-biri ilə yaxın əməkdaşlığa üz tutması təəccüb doğurmamalıdır", - deyə ABŞ Dövlət Departamentinin rəhbəri əlavə edib.


O qeyd edib ki, ABŞ İrana qarşı qəbul edilmiş bütün qanun və sanksiyaların bu ölkə ilə əməkdaşlıq edəcək Çin şirkətləri və iş adamlarına da şamil olması üçün lazım olan bütün addımları atacaq.


Pompeonun sözlərinə görə, region ölkələri bu sənədi bütün reallığı ilə dərk etməlidirlər. Çünki Çinin İrana girişi Yaxın Şərqdə əmin-amanlığı pozmaqla yanaşı, Səudiyyə Ərəbistanı, İsrail və Birləşmiş Ərəb Əmirliyini də təhlükəyə atacaq.


O, həmçinin bildirib ki, Çinin Komunist Partiyasının dünyada bir nömrəli terror hamisi olan dövlətə, yəni İrana sərmayə qoyması və silahlarını satmasının tək xoşagəlməz nəticəsi bölgədə riskin artmasıdır.


Dövlət Departamentinin rəhbəri sonda bir daha ölkəsinin İrana qarşı silah embarqosunun ləğv edilməsinə imkan verməyəcəyini vurğulayaraq, dünya ictimaiyyətini bu məsələdə həmrəyliyə çağırıb.


Qeyd etmək lazımdır ki, İran və Çin Arasında Strateji Əməkdaşlıq Sənədi adı ilə də tanınan həmin 25 illik müqavilə son dövrlər əsas müzakirə edilən mövzulardandır.


Razılaşmanın detallarının istər İran, stərsə də Çin rəsmiləri tərəfindən açıqlanmaması və mediada müxtəlif məlumatların yayılması həm İran daxilində, həm də xaricdə ciddi narazılığa səbəb olub.


Qərb mediasında çıxan bəzi xəbərlərə görə, Çin sərmayəsi qarşısında İranın bir neçə neft və qaz mədəni, habelə Kiş adası bu ölkəyə veriləcək, eləcə də rəsmi Pekin investisiya yatırdığı mərkəzləri qorumaq üçün İranın bəzi bölgələrində çinli əsgərlər yerləşdirəcək.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed