Şrift:
Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət
03.08.2020 [15:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, hazırda əyalətdə 397 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 68 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

O, həmçinin ötən gün ərzində daha 8 nəfərin koronavirusdan öldüyünü bildirib.





Qərbi Azərbaycan əyalətində isə 462 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 221 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Ağazadə Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 757 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 132 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 28 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 30 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 462 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 6 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 353 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 342 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 435 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Qəzvin əyalətində isə son 24 saatda 51 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə 299 nəfər xəstəxanalarda müalicə alır.

Namdar əlavə edib ki, infeksiyaya yoluxanlardan 61 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 33 nəfəri ventilyasiya aparatına bağlıdır.





Həmədan əyalətində də dünən verilən məlumata görə, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 112 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 382 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed