Şrift:
İranda son 1 sutka ərzində daha 215 ölüm halı ilə koronavirusdan dünyasını dəyişənlərin ümümi sayı 17 405 nəfərə yüksəlib.
03.08.2020 [15:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari son 24 saat ərzində Covid-19 infeksiyasına 2598 nəfərin yoluxduğunu deyib. Bununla da, ölkədə indiyədək virusa yoluxmuş şəxslərin ümumi sayı 312 035 nəfərə çatıb.


Sözçünün dediklərinə əsasən, bu günə qədər xəstələrdən 270 228 nəfər tam sağalaraq evə buraxılıb.


Sadat Lari sonda qeyd edib ki, hazırda vəziyyəti ağır olan 4104 Covid xəstəsi xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed