Şrift:
Avqustun 31-dək 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq
03.08.2020 [22:12] - Xəbərlər, Siyasət
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla avqustun 31-dək 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq şəhər və rayonlara Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları daxildir.

Qeyd edək ki, hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən etibarən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmalar ediləcək. Belə ki, şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunacaq, habelə çimərliklərdən istifadə etməyə icazə veriləcək.
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed