Şrift:
İtaliya futbol çempionatının yeni mövsümünün başlayacağı vaxt açıqlanıb
04.08.2020 [09:58] - Gündəm, İdman
Futbol üzrə İtaliya çempionatının 2020-2021-ci il mövsümünün başlayacağı tarix açıqlanıb.

Turnirin rəsmi saytı xəbər verir ki, yeni mövsüm sentyabrın 19-da start götürəcək. Çempionata mayın 23-də yekun vurulması nəzərdə tutulub. Yeni təqvimə əsasən, Milad bayramında - 3 yanvarda da matçlar təşkil olunacaq.

Qeyd edək ki, A Seriyasında koronavirusa görə martdan dayandırılan 2019-2020-ci il mövsümü 3 aydan sonra bərpa edilib və “Yuventus” çempionatın qalibi olub.
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed