Şrift:
Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir
04.08.2020 [10:24] - Xəbərlər, Mədəniyyət
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.

DİM-dən bildirilib ki, şagirdlər və ya abituriyentlər portalda fənlər və siniflər üzrə də sınaq imtahanları vermək imkanına malikdirlər.

Abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar fənnin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür.

Qeyd edək ki, hazırda kampaniya həyata keçirilir və hər sinif (fənn) üzrə sınaq imtahanının qiyməti sentyabr ayının əvvəlinədək 1 manat olacaq. İmtahana yazılan fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində tapşırıqlara, öz cavablarına və tapşırıqların düzgün cavablarına baxmaq olar.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”ın “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.
Bu xəbər oxucular tərəfindən 193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed