Şrift:
İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib
04.08.2020 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yeni sorğu rəqəmin 1398-ci ilə nisbətən (21 mart 2019- 20 mart 2020-red.) 3.5 faiz artdığını göstərir.


Mərkəz bildirir ki, keçən il ərzində ölkə üzrə ailələrdən 14.4%-i yalnız bir neçə dəfə ət almaq iqtidarında olub.


Sorğuya əsasən, 40.2 faiz ailə həftədə, 32.8% isə ayda bir neçə dəfə qidalana bilir. Çox az ailə, yəni 4.3% hər gün ətlə qidala bildiklərini deyib.


Qeyd etmək lazımdır ki, İranda iyul ayının ortalarından mal ətinin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılıb. "Tabnak" saytı bunun səbəbini İranda xarici valyutanın qiymətinin kəskin artması ilə ölkədən qaçaq yolla xaricə ət ixrac edənlərin daha da fəallaşması ilə əlaqələndirir.


Son məlumatlara görə, İranda təzə dana budunun ətinin bir kilosu təxminən 90 min tümən, quzu əti isə 119 min tümənə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed