Şrift:
İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər
04.08.2020 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yüzlərlə güney azərbaycanlı, eləcə də İranda yaşayan qeyri-fars millətlərin nümayəndələri iyulun 31-dən başlayaraq Əmir Əmininin və ana dilində məktəb tələb etdikləri üçün həbs edilən digər milli fəalların azadlığını tələb edən statuslar paylaşıblar.





Sosial şəbəkə istifadəçiləri paylaşdıqları statuslarda Tövhid Əmir Əmini, Kiyanuş Aslani, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Manaflı və Ana dili həştəqlərindən istifadə ediblər.





Mehdi adlı bir istifadəçi belə yazıb: “Millətlər ana dillərində düşünürlər. Bir dilin hakimiyyət tərəfindən yox sayılamsı o dildə danışan xalqın təfəkkürünü və həyat tərzini yox saymaqdan başqa bir şey deyil. Tövhid Əmir Əmini də bunu söyləyirdi. Onu sərbəst buraxın”.





Sevin adlı digər bir istifadəçi isə “Tövhid Əmir Əmini sənin və mənim ana dilimizdə olan hər hansı bir yazının sərbəstcə oxuya bilməmizi istəyirdi,” deyə yazıb.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed