Şrift:
Tokioda koronavirusa 309 yoluxma halı qeydə alınıb
04.08.2020 [12:25] - Gündəm, Sosial
Avqustun 4-nə olan məlumata görə son sutka ərzində Tokioda koronavirusa 309 yoluxma halı qeydə alınıb.

Bu barədə iyulun 4-də Yaponiyanın paytaxt hökuməti məlumat yayıb. Bildirilir ki, bununla da Tokioda səkkiz gündür ardıcıl olaraq virusa yoluxanların gündəlik sayı 200 nəfərdən çox olub. Ümumiyyətlə isə, Yaponiya paytaxtında bu günədək 14 min 22 nəfərin virusa yoluxduğu bildirilir.

Xatırladaq ki, paytaxt hökuməti iyulun 3-dən başlayaraq restoranlardan, karaoke zallarından və gecə barlarından axşam saat 10-dan sonra işi dayandırmağı xahiş edib. Bu xahişin cari ayın sonunadək qüvvədə olacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed