Şrift:
Mazandaran əyalətinə səfərə qadağa qoyulub
04.08.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəyanatda bildirilir ki, Mazandaran əyaləti hazırda pandemiya yoluxucu xəstəliyinin yayılması baxımından yeni dalğa ilə üzləşib və ölkə vətəndaşları bu əyalətə hər hansı bir lazımsız və qeyri zəruri səfərdən çəkinməlidirlər: “Hazırda Mazandaran əyalətinin 20 şəhəri qırmızı, 2 şəhəri isə xəbərdarlıq və fövqəladə hal vəziyyətindədir.


Mazandaranda son 6 həftə ilə müqayisədə, hazırda “Covid-19” infeksiyasına yoluxma və xəstəxanalara yerləşdirilmə hallarının sayı 4 dəfə artıb. Bu isə, əyalət məsullarının ciddi nigaranlığına səbəb olub. Ölkə vətəndaşlarının Mazandarana səfərinə qoyulan qadağa və məhdudiyyətlər isə bununla bağlıdır.


Bir daha ölkə vətəndaşlarından istəyirik ki, koronavirusun yayılmasının qarşısını almaq və onun bir insandan başqalarına keçməsi prosesini dayandırmaq üçün insanlar maska taxmalı, gigiyena qaydalarına riayət etməli, başqalarından məsafə saxlamalı və əllərini tez-tez sabunla yumalıdırlar” –deyə, Mazandaran əyalətinin Koronavirus Xəstəliyini Nəzarətdə Saxlama Qərargahının yaydığı bəyanatında bildirilir.


Avqustun 4-də isə, Mazandaran Tibb Universitetinin rektoru Seyid Abbas Musəvi mediaya açıqlamasında əyalətdə koronavirus pandemiyası ilə bağlı son vəziyyət barədə məlumat yayıb.


O bildirib ki, Mazandaranda son 24 saat ərzində virus daşıyıcısı olmaqda şübhəli bilinən daha 263 nəfər müxtəlif şəhərlərinin xəstəxanalarına yerləşdirilib: “Hazırda isə pandemiya xəstəliyinə yoluxan və ya virus daşıyıcısı olmaqda şübhəli bilinən 1825 nəfər Mazandaran əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında müalicəsini davam etdirir.


Son bir gün ərzində həmçinin 288 nəfər xəstəxanalardan evə buraxılıblar və həmin xəstələr öz müalicəsini evdə karantinə alınaraq davam etdirəcəklər” –deyə, Mazandaran Tibb Universitetinin rektoru Seyid Abbas Musəvi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed