Şrift:
Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür
04.08.2020 [14:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün güney azərbaycanlılar, o cümlədən milli-mədəni fəallar tərəfindən milli gün olaraq qeyd olunur.





Güney azərbaycanlılar məşrutə hərəkatının qəhrəmanları, o cümlədən Səttarxan və Bağırxanın məzarına gedərək onları hörmətlə anırlar.



Bəzi tədqiqatçıların fikrincə, Məşrutə inqilabı hələ də öz məqsədlərinə çatmayıb. Xalq bu gün də milli hüquqları və yeniləşmə uğrunda mübarizəsini davam etdirir.





Ötən il Təbriz merinin təklifi ilə Məşrutə inqilabının ildönümü “Təbriz Günü” olaraq adlandırıldı. Bu təşəbbüsə müsbət və mənfi reaksiyalar olsa da bu il Təbriz Günü münasibətilə şəhərdə xüsusi tədbirlər keçirilir.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed