Şrift:
İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib
04.08.2020 [14:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 4-də bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 17 617 nəfərə, infeksiyaya yoluxanların sayı isə 314 786 nəfərə çatıb.


Sima Sadat Larinin bildirdiyinə görə, indiyədək 272 535 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19”a yoluxan və hazırda ölkənin xüsusi rejimli xəstəxanalarının intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4132 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 17 617 nəfərə, yoluxanların sayının isə 314 786 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 83 000 nəfəri keçdiyini, 6 milyondan çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed