Şrift:
Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb
05.08.2020 [10:18] - Gündəm, Sosial
Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 52 min 509 yoluxma halı qeydə alınıb.

Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 908 min 225 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 857 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 39 min 795-ə çatıb.

Ardıcıl 6 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 50 mindən çox olur.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed