Şrift:
İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib
05.08.2020 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə hakim Əsədullah Məsudiməqam məlumat yayıb.


6 milyard 656 milyon avronun mənimsənilməsinə görə açılmış cinayət işi üzrə Əli Əşrəfriyahin başqa, Mərcan Şeyxülislami, Məhəmmədhüseyn Şirəli, Mehdi Şərifi Niknəfəs və Seyyid Əmir Fərşi Sərvistani adlarında 4 digər təqsirləndirilən şəxs də var.


Keçirilmiş 12-ci və 13-cü məhkəmə iclaslarında bildirilib ki, Əli Əşrəfriyahi İrana gələrək ailəsi və uşaqlarını xaricə göndərib, daha sonra özü ölkə içərisində gizlənib. O, korrupsiya və külli miqdarda vəsaiti qeyri-qanuni ələ keçirməkdə ittiham edilir.


Əşrəfriyahinin ailəsinin hansı ölkəyə getdiyi və özünün harada gizləndiyi məlum olmasa da, cinayət işinin hakimi bəzi müttəhimlərin İngiltərə və Kanadada mülklərinin olduğunu deyib.


Dünən keçirilmiş məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən əsas müttəhim Rza Həmzəlu həmçinin müttəhimlərdən birinə Kanadada əmlak almaq, eləcə də övlad və qardaşına külli miqdarda xarici valyuta verməkdə ittiham edilib. O, həmçinin sanksiyanın yaratdığı iqtisadi problemlər fonunda qeyri-qanuni olaraq xarici valyuta mübadiləsi ilə məşğul olmaqla, külli miqdarda qazanc əldə etməkdə günahlandırılır.


Hakimin sözlərinə görə, o, 380 milyon avro məbləğində valyuta dəyişdirməklə, 36 milyon avro gəlir əldə edib.


Rza Həmzəlu valyuta mübadiləsi işini müdiri Mərcan Şeyxülislami olan, Türkiyədə təsis edilmiş 2 şirkət vasitəsilə həyata keçirib.


Rza Həmzəlu həmçinin Mərcan Şeyxülislamiyə Kanadada iki ev alıb, radiator istelsalı, eləcə də ət satışı ilə məşğul olan "Arman" adlı iki şirkətin hesablarına külli miqdarda xarici valyuta köçürüb. Həmin şirkətlər Həmzəlunun oğlu və qardaşına məxsus olub.


Qeyd etmək lazımdır ki, Mərcan Şeyxülislami isə Türkiyədə ABŞ sanksiyalarından yayınmaq üçün qurulmuş şirkətlərdən 7 milyon avrodan çox pulu mənimsəməkdə ittiham edilir.


Ümumiyyətlə, İranda tez-tez yüksək vəzifəli rəsmilərin rüşvətxorluqla əlaqəli həbs edilmələri ilə bağlı xəbərlər yayılır. Bir neçə ay əvvəl Əli Əşrəfriyahinin həyat yoldaşının bacısı, sabiq Sənaye naziri Məhəmmədrza Nemətzadənin qızı Şəbnəm Nemətzadə özlərinə məxsus olan dərman şirkəti vasitəsilə yol verdikləri külli miqdarda korrupsiya, möhtəkirlik və digər bu kimi faktlara görə 20 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib.


Amerika Birləşmiş Ştatları ara-sıra yaydığı hesabatlarda İran rəsmilərinin və axundlarının bu cür korrupsioner fəaliyyətlərini ifşa edərək, rejimin başda Əli Xamneyi olmaqla, korrupsionerlər və öz xalqının malını oğurlayan məmurlardan ibarət olduğunu bildirir.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed