Şrift:
Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb
05.08.2020 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, hazırda əyalətdə 381 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

O, həmçinin ötən gün ərzində daha 6 nəfərin koronavirusdan öldüyünü bildirib.





Qərbi Azərbaycan əyalətində isə 446 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 209 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Ağazadə Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 764 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 134 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 34 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 29 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 525 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 7 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 360 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 360 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 422 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Qəzvin əyalətində isə son 24 saatda 35 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə 299 nəfər xəstəxanalarda müalicə alır.

Namdar əlavə edib ki, infeksiyaya yoluxanlardan 65 nəfər reanimasiya şöbəsində müalicə alır.

O həmçinin keçən gün daha 2 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 131 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 388 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed