Şrift:
Türkiyədə FETÖ terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib
05.08.2020 [11:05] - Xəbərlər, Hüquq
Türkiyənin 14 vilayətində FETÖ terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib

Əməliyyat zamanı terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 27 nəfər saxlanılıb. Saxlanılanlar arasında Türkiyə Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan və hərbi xidmətdən uzaqlaşdırılan zabitləri də var.

Əməliyyatlar Türkiyənin Adana, İstanbul, Ankara, Antalya, Mersin, Hakkari, Diyarbəkir, Şanlıurfa, Sivas, Kocaeli, Bursa, Kayseri, Konya ve İzmir vilayətlərində reallaşdırılıb.

Bu istiqamətdə əməliyyatlar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed