Şrift:
"Koronavirus pandemiyasının psixoloji çağırışları" adlı müsabiqə keçirilir
05.08.2020 [11:37] - Gündəm, Mədəniyyət
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə bir qrup könüllü tərcüməçi yaradılıb.

ADU-dan bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun rəhbərlik etdiyi bu qrup xəstəliyin qarşısının alınması və idarə edilməsi, epidemiya haqqında məlumatların Çin dilindən Azərbaycan dilinə tərcüməsi haqqında biliklərin yayılması ilə məşğul olacaq.

Layihə çərçivəsində Konfutsi İnstitutu "Koronavirus pandemiyasının psixoloji problemləri" adlı müsabiqə elan edir.

Müsabiqədə həm peşəkar psixoloqlar, həm həkimlər, polislər, müəllimlər, insanlarda əlverişsiz psixi vəziyyətlərin təzahürləri ilə üzləşən sosial işçilər də iştirak edə bilərlər. Tövsiyələrdə karantin dövründə insanlarda yaranan müxtəlif emosional vəziyyətlərin izahı ilə bağlı məsələlər işıqlandırılmalı, həmçinin stressin azaldılması, narahatlığa nəzarət, cari işlərdə məhsuldarlığın qorunması üçün məsləhətlər verilməlidir.

İşlər aşağıdakı mövzularda təqdim edilə bilər:

1.Özünü təcrid zamanı insanın psixi vəziyyəti;

2.Məsafədən tədris rejiminə keçərkən və müvəqqəti evdə olarkən tələbələrə tövsiyələr;

3.İmtahanlara psixoloji hazırlıq;

4.Risk qrupunun nümayəndələrinə psixoloji yardım;

5.Koronavirusa görə narahatlıq keçirən yeniyetmələr üçün tövsiyələr;

6.Karantin dövründə məktəbəqədər uşaqların və kiçik yaşlı məktəblilərin valideynləri üçün məsləhətlər;

7.Karantin dövründə əlverişsiz emosional vəziyyətlərin qarşısının alınması üçün Çinin təcrübəsi.

Müsabiqədə iştirak edəcək şəxslər özləri barədə məlumatı (adı, soyadı və əlaqə nömrəsi əlavə olunmaqla) Azərbaycan və ingilis dilində avqustun 31-nə qədər elektron poçta (rafabba@yandex.ru) göndərməlidir. Seçilmiş işlər xüsusi nəşrdə dərc olunacaq. Qaliblər diplom və mükafatlarla təltif olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed