Şrift:
Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət
06.08.2020 [09:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 216 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Ağazadə Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 769 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 128 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 35 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 25 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 587 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 5 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 365 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 381 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 430 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Həmədan əyalətində də, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 158 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 392 nəfərə çatıb.





Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin dünən verdiyi məlumata əsasən, əyalətdə 381 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed