Şrift:
Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"
06.08.2020 [09:52] - Xəbərlər, Hərb
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, bu barədə Vaşinqtonda keçirilən "raket və kosmik təhdidlərdən müdafiə" konfransında çıxış edən admiral Con Heyl həmin ölkələrin yalnız ölkəsini deyil, rəsmi Vaşinqtonun müttəfiqləri və dostları, eləcə də xarici ölkələrdə mənzillənmiş amerikalı hərbçiləri də təhdid edir.


O qeyd edib ki, müəyyən vaxtlarda Raket Hücumundan Müdafiə Agentliyi yalnız düşmən ölkələrin ballistik raketlərinin yaratdığı təhdidlərə nəzarət edib. Onlar isə həmin vaxtlarda çox sürətli və yüksək manevr qabiliyyətinə malik qanadlı raketlər, habelə səs sürətindən daha sürətli digər hərbi ləvazimatlar hazırlayıblar.


Admiral raket müdafiəsi siyasətində dəyişikliklər etməklə yanaşı, yeni hücum və müdafiə təyinatlı silahlar hazırlayaraq, mövcud təhdidlərlə mübarizə aparacaqlarını deyib.


Qeyd etmək lazımdır ki, ABŞ rəsmiləri tez-tez sözügedən ölkələrin region və dünya üçün təhdid yaratdığını bildirirlər.
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed