Şrift:
Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır
06.08.2020 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Anac” xəbər saytına müsahibə verən Dehqani mədənin 13 min milyard tümənlik gəlirindən Azərbaycana ayrılan payın “heçə bərabər” olduğunu deyib.





Dehqani Süngün mədəninin hasilatının xammal kimi İranın digər bölgələrinə göndərilməsini tənqid edərək mis ehtiyatı baxımından zəngin olan Azərbaycanda mis sənayesinin yaradılmasının zəruri olduğunu vurğulayıb.





“Təxminən 1.6 milyard ton ehtiyatı olan Süngün mədənində kəşfiyyat işləri davam edir. Yeni tapıntılarla bu rəqəmin 3 milyard tona çatacağı proqnozlaşdırılır. Həmçinin Vərziğan və Şərqi Azərbaycanın digər bölgələrində Süngün mədəninin misi ilə eyni keyfiyyətdə olan yeni mis yataqları aşkar edilib. Məhz buna görə də mis Azərbaycanda böyük sənaye sahəsinə çevrilə bilər,” deyə deputat bildirib.





O həmçinin əlavə edib ki, mis mədəninin yanında əlaqədar sənayenin yaradılması təqdirdə əldə edilən gəlir əyalət iqtisadiyyatının 40 faizinə bərabər olacaq.





Dehqani daha öncə də Süngün mədəninin gəlirlərinin yerli xalq üçün sərf edilmədiyini tənqid etmişdi.

“Bizim payımıza sadəcə bu mədəndə fəhləlik edib maaş almaq düşüb,” deyən millət vəkili mədənin gəlirlərinin ən azından 50 faizinin Şərqi Azərbaycan əyalətinin inkişafı üçün sərf edilməsini istəmişdi.





Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed