Şrift:
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir
06.08.2020 [11:19] - Xəbərlər, Siyasət
Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

İclası parlamentin Sədri Sahibə Qafarova açaraq gündəlikdə olan məsələlərin ikinci oxunuşda müzakirə ediləcəyini bildirib.

İclasın ikinci günündə gündəlikdəki 6 məsələ -“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed