Şrift:
Tərtərdə 408 hektar sahədə təkrar əkin aparılıb
06.08.2020 [11:48] - Gündəm, İqtisadiyyat
Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Rayon statistika idarəsindən bildiriblər ki, avqustun 1-dək mülkiyyətçilər 408,2 hektar təkrar əkin aparıblar. Təkrar əkinlərin 339,7 hektarı dən üçün qarğıdalı, 47,5 hektarı darı, 13 hektarı dən üçün günəbaxan, 4 hektarı soya, 1 hektarı tərəvəz bitkiləri, 3 hektarı yem üçün sorqo bitkisidir.

Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed