Şrift:
ABŞ və Avropa ölkələrinin kibertəhlükəsizlik üzrə birgə təlimlərində Yaponiya da iştirak edəcək
06.08.2020 [12:31] - Xəbərlər, Siyasət
Yaponiya hökuməti cari ilin payızında ABŞ, Avstraliya və bir sıra Avropa ölkələrinin kibertəhlükəsizliklə bağlı təşkil edəcəyi birgə təlimlərdə iştirak etmək barədə qərar qəbul edib.

Bu barədə avqustun 6-da Yaponiyanın böyük oxucu auditoriyasına malik olan “The Yomiuri Shimbun” qəzeti məlumat yayıb.

Bildirilir ki, təlimlər zamanı senariyə əsasən energetika və məlumatların ötürülməsi ilə məşğul olan dövlət müəssisələrinə kütləvi kibernetik hücumun qarşısının alınması nəzərdə tutulur. İlkin olaraq təlim iştirakçılarının Tokioya gəlməsi planlaşdırılsa da, koronavirusun yayılması ilə əlaqədar təlimlər videokonfrans formatında keçirilə bilər.

Təlimlərdə ABŞ, Fransa, Böyük Britaniya və Avstraliyanın iştirak edəcəyi planlaşdırılır. Yaponiya bu təlimlərə ilk dəfə qatılacaq.
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed