Şrift:
Qırğızıstanda koronovirusa yoluxanların sayı 39 minə çatıb
06.08.2020 [12:59] - Gündəm, Sosial
Son gündə Qırğızıstanda COID-19 koronovirusuna yoluxanların sayı 549 nəfər artaraq 38 min 659-a çatıb. Bunun 162-si Bişkekin payına düşür.

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində bu virusdan 9 nəfər ölüb, pandemiya dövründə vəfat edənlərin sayı 1447 nəfərdir.

Bildirilib ki, son gündə 37, indiyədək isə 2 min 911 tibb işçisi bu virusa yoluxub.

Qeyd olunub ki, ötən gecə Moskvadan Bişkekə 150, Oş şəhərinə isə 339 Qırğızıstan vətəndaşı gətirilib.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed