Şrift:
Aberdində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq
06.08.2020 [15:28] - Xəbərlər, Siyasət
Şotlandiyanın liman şəhəri Aberdində koronavirusa yoluxanların sayında artım müşahidə edildiyi üçün sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Şotlandiyanın Birinci naziri Nikola Stercen Çərşənbə günü müşahidə olunan artıma görə Aberdində məhdudiyyətlərin sərtləşdirildiyini elan edib. O, qaydalara əməl olunmasa əraziyə əlavə polis qüvvələrinin göndəriləcəyini də söyləyib.

Səlahiyyətlilər bar və restoranların açılmasının buna səbəb olduğunu bildiriblər.

Qeyd edək ki, 54 nəfərin test nəticəsi müsbət olduqdan sonra onların təmasda olduğu 191 nəfər də karantinə alınıb.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed